...

AŞ PA müşahidə missiyasının rəhbəri: Prezident seçkilərində səsvermə zamanı hələlik heç bir problem müşahidə olunmur (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 09:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Kosolapova/

Azərbaycanda prezident seçkilərində səsvermə zamanı hələlik heç bir problem müşahidə olunmur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyətinin rəhbəri Robert Valter bildirib.

Missiya rəhbəri 1202 seçicinin qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasına baş çəkib. Daha sonra R.Valter 1435 seçicinin qeydiyyatda olduğu 10 saylı seçki dairəsində olub.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti