...

Gəncədə seçicilər aktivliyi ilə seçilir

Siyasət Materials 9 Oktyabr 2013 09:48 (UTC +04:00)
Bildirək ki, Gəncənin 4 Dairə Seçki Komissiyasında 104 daimi və 7 əlavə məntəqə üzrə 154 min 662 nəfərin səs verəcəyi gözlənilir.
Gəncədə seçicilər aktivliyi ilə seçilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Gəncədə seçicilər öz namizədlərinə səs verirlər. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə prezident seçkiləri ilə bağlı seçicilər öz namizədlərinə səs vermək üçün seçki məntəqələrinə üz tutublar. Məntəqələrdə seçki prosesini MSK-da qeydiyyatdan keçmiş beynəlxalq və yerli müşahidəçilər izləyir, qanunazidd neqativ hal müşahidə edilməyib.

Bildirək ki, Gəncənin 4 Dairə Seçki Komissiyasında 104 daimi və 7 əlavə məntəqə üzrə 154 min 662 nəfərin səs verəcəyi gözlənilir. 2040 nəfər ilk dəfə səs verəcək. 80-100 yaş arası seçicilərin sayı isə 2247 nəfərdir. 40 məntəqədə seçkilərin gedişini dünyanın istənilən yerindən internet vasitəsi ilə canlı izləmək mümkün olacaq.

37 saylı DSK-nın 16 saylı DSM-nin sədri Məleykə Burcəliyeva deyib ki, hər şey öz qaydasındadır: "İşlərimiz yüksəksəviyyədə yerinə yetirilib, artıq ilk seçicilər gəlib, səsvermə başlayıb. Yerli və beynəlxalq müşahidəçilər gəliblər və qeydiyyatdan keçiblər, hazırda seçkini müşahidə edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti