...

Saat 15:00-a olan məlumata görə, Gəncədə seçicilərin 50 faizdən çoxu seçkilərdə iştirak edib

Siyasət Materials 9 Oktyabr 2013 15:09 (UTC +04:00)

Azərbaycan, Gəncə, 9 oktyabr /Trend, müxbir A.Məmmədov/

Saat 15:00-a olan məlumata görə, Gəncədə olan seçicilərin 50,4 faizi səsvermədə iştirak edib.

Trend-in məlumatına görə, seçici siyahısında qeydiyyata düşən 154 min 698 seçicidən 77 min 972 nəfəri məntəqələrə gələrək səsvermədə iştirak edib.

Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə, 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti