...

GUAM: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil edilib və keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 22:04 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri ATƏT və Avropa Şurasının öhdəlikləri və standartları, həmçinin Azərbaycanın milli qanunvericiliyi daxil olmaqla demokratik seçkilərin beynəlxalq öhdəlikləri və standartlarına uyğun təşkil edilib və keçirilib.
GUAM: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil edilib və keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Аxundov/

Azərbaycanda prezident seçkiləri ATƏT və Avropa Şurasının öhdəlikləri və standartları, həmçinin Azərbaycanın milli qanunvericiliyi daxil olmaqla demokratik seçkilərin beynəlxalq öhdəlikləri və standartlarına uyğun təşkil edilib və keçirilib.

Trend-in məlumatına görə, GUAM-ın müşahiqə qrupunun bəyanatında deyilir.

Bəyanatı bu gün keçirilən brifinqdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili oxuyub:

"Ümumi seçki prosesinə, seçki məntəqələrində seçkilərin təşkili və komissiyaların fəaliyyətinə gəldikdə, GUAM-ın müşahidə qrupunun səsvermənin nəticələrinə təsir edə biləcək rəyi yoxdur. Seçki mübarizə əhval-ruhiyyəsində keçib və ümumilikdə azad və ədalətli keçirilməsi baxımından müsbət qiymətləndirilə bilər".

GUAM-ın bu bəyanatı Bakıda 35, Sumqayıtda isə 7 seçki məntəqəsində aparılan müşahidələrin nəticəsinə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti