...

"Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" ikicildlik toplusu təqdim edilib (FOTO)

Siyasət Materials 14 Oktyabr 2013 13:17 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və "Azərtac" Dövlət Teleqraf Agentliyilə birgə layihəsi əsasında hazırlanmış "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" ikicildlik toplunun təqdimat mərasimi keçirilib.
"Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" ikicildlik toplusu təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və "Azərtac" Dövlət Teleqraf Agentliyilə birgə layihəsi əsasında hazırlanmış "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" ikicildlik toplusunun təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda baş tutan və bütün dünya ölkələrinə nümunəvi olan seçkilər göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasət xalq tərəfindən dəstəklənir, qiymətləndirilir və hər kəsə gələcəyə nikbin baxmağa əsas verir: "Məhs bu səbəbdən Azərbaycan xalqı növbəti 5 il üçün İlham Əliyevi seçərək Azərbaycanın gələcək inkişafını təmin etmək üçün ona səlahiyyət verib. Bütün mədəni içtimaiyyət İlham Əliyevi qələbə münasibətilə təbrik edir, növbəti 5 ildə Azərbaycan xalqının rifahı üçün fəaliyyətində uğurlar arzulayır".

O vurğulayıb ki, mədəniyyət sahəsi Azərbaycan xalqının bəşəriyyət qarşısında böyük silahıdır: "Ali Baş Komandan İlham Əliyev də bu güclü silahdan istifadə etməyin vacibliyini xüsusi vurğulayır. Mədəniyyət sahəsi daim ölkə başçısının diqqət mərkəzindədir". Nazir vurğulayıb ki, Azərbaycan mədəniyyətinin uğurlarını artıq UNESKO, BMT və digər beynəlxalq qurumlarda layiqincə qiymətləndirirlər.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov təqdimat zamanı bildirib ki, "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" toplusu Azərbaycan mədəniyyətinin tarixidir. O qeyd edib ki, kitabda Azərbaycan mədəniyyətinin inkişafı xronoloji dəqiqliklə çap olunub. N.Cəfərov deyib ki, ən böyük və tarixi qələbə mədəniyyət sahəsində qazanılan qələbir: "Bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyev mədəniyyət sahəsinə xüsusi diqqət verirdi və mədəniyyətlə bağlı siyasət ciddi dövlət siyasətinə çevrilib". Komitə sədri vurğulayıb ki, Azərbaycan mədəniyyəti bu gün dünyaya yayılıb. N.Cəfərov həmçinin Azərbaycan mədəniyyətinin təbliğatı sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlərin artıq epoxal səviyyədə olduğunu da qeyd edib.

"Azərtac" Dövlət Teleqraf Agentliyinin baş redaktoru Yaşar Quluzadə təqdimat zamanı çıxışında qeyd edib ki, topluda yazılan hər bir fərman, sərəncam həyata keçirilmiş layihədir, bu kitab həyata keçirilimiş işlərin əyani sübutudur. O vurğulayıb ki, bu gün mədəniyyət sahəsində ölkə başçısının gördüyü işlər Azərbaycan xalqının minillik mədəniyyət tarixinin qorunmasına yönəlib. O həmçinin qeyd edib ki, ədəbiyyat sahəsi bu topluda öz son illərdəki inkişafının salnaməsini tapıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının rəhbəri Mail Əhmədov tədbir zamanı deyib ki, topluda Azərbaycan Prezidenti İlham Əliyevin beşillik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər, etdiyi söhbətləri, müsahibələri, fərman və sərəncamlar toplanıb. O həmçinin qeyd edib ki, ikicildlik topluda maraqlı tədbirlərdən, görüşlərdən 150-dən çox fotoşəkil dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti