...

Əhməd Davudoğlu: Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir

Siyasət Materials 14 Oktyabr 2013 23:09 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində deyib.
Əhməd Davudoğlu: Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində deyib.

Türkiyənin qonşu ölkələrlə əlaqələrə böyük önəm verdiyini bildirən nazir Ermənistanla münasibətlərə də toxunub:

"Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindən daha yaxşı vəziyyətdədir, kaş ki bundan da yaxşı olaydı. Ermənistanla 2009-cu ildə protokol imzaladıq, lakin Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə qərar verdi".

Xəbər lenti

Xəbər lenti