...

ABŞ İranla Cenevrədə ikitərəfli görüş üçün hazırdır

Siyasət Materials 15 Oktyabr 2013 20:02 (UTC +04:00)
ABŞ hazırda Cenevrədə keçirilən "altılıqla" danışıqların "meydanlarında" İran nümayəndələri ilə ikitərəfli görüş imkanını alqışlayır.
ABŞ İranla Cenevrədə ikitərəfli görüş üçün hazırdır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

ABŞ hazırda Cenevrədə keçirilən "altılıqla" danışıqların "meydanlarında" İran nümayəndələri ilə ikitərəfli görüş imkanını alqışlayır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Reyter agentliyi xəbər verir.

Bundan öncə nüvə proqramı ilə bağlı danışıqlar aparan İran nümayəndə heyətinin üzvləri çərşənbə axşamı və çərşənbə günü Cenevrədə keçirilən "danışıqlar çərçivəsində" ABŞ diplomatları ilə görüşlər keçirmək niyyətində olduqlarını bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti