...

Türkiyə DİN Suriya ilə sərhəddə divar tikintisi ilə bağlı məlumatları təkzib edib

Siyasət Materials 18 Oktyabr 2013 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Suriya ilə sərhəddə divarın tikintisi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Türkiyə-Suriya sərhədində Türkiyə vətəndaşlarının sərhəddə minalanmış ərazilərə keçməsinin qarşısını almaq məqsədilə maneə tikilir.

Xatırladaq ki, ötən gün Türkiyənin Suriya ilə sərhəd ərazilərində bu ölkədən olan insanların sərhədi qeyri-qanuni yolla keçmələrinin qarşısını almaq məqsədilə divar tikintisinə başlamasına dair məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti