...

Azərbaycan və İran arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub

Siyasət Materials 22 Oktyabr 2013 12:11 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Culfa və Hadişəhr şəhərlərinə səfər edib.
Azərbaycan və İran arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Cəfərov /

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Culfa və Hadişəhr şəhərlərinə səfər edib. Bu barədə Azərbaycanın Təbrizdəki baş konsulluğundan Trend-ə məlumat verilib.

Məlumata əsasən, səfər zamanı Əlizadə İranın Culfa və Hadişəhr inzibati dairələrinin icra hakimiyyətinin başçısı Muxtar Seyfi ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, bu istiqamətdə vaxtaşırı görüşlərin təşkili məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin vətəndaşların Culfa-Culfa sərhəd keçid məntəqəsindən gediş-gəlişinin daha da sadələşdirilməsi ilə bağlı hər iki tərəfdə mütəmadi aparılan işlərdən və ortaya çıxan məsələlərin operativ həllindən məmnunluq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti