...

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcək

Siyasət Materials 25 Oktyabr 2013 21:16 (UTC +04:00)
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclasına sədrlik edəcək.
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclasına sədrlik edəcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq.

Bununla əlaqədar olaraq, Fransanın Paris şəhərində yerləşən YUNESKO-nun Baş Qərargahında cari ilin 28 oktyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclası keçiriləcək. İclasda sözügedən tədbirin ilkin gündəliyinin və praktik məsələlərin müzakirəsi nəzərdə tutulub.

YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın sədrliyi ilə əlaqədar olaraq, ölkəmizin nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasa sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti