...

Gürcüstanda saat 12:00-a olan seçicilərin aktivliyi 17.15 faiz təşkil edib

Siyasət Materials 27 Oktyabr 2013 13:15 (UTC +04:00)
Gürcüstanda keçirilən prezident seçkilərilə əlaqədar olaraq, saat 12:00-a olan seçicilərin aktivliyi 17.15 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.
Gürcüstanda saat 12:00-a olan seçicilərin aktivliyi 17.15 faiz təşkil edib

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanda keçirilən prezident seçkilərilə əlaqədar olaraq, saat 12:00-a olan seçicilərin aktivliyi 17.15 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.

Onun sözlərinə görə, artıq 606 710 nəfər səsvermədə iştirak edib.

Qeyd edək ki, Gürcüstanda məntəqələr saat 08:00-da açılıb, 20:00-da bağlanacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə açılacaq.

Gürcüstandan kənarda 50 seçki məntəqəsi fəaliyyət göstərəcək. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.

Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Prezidentliyə namizədlər qismində - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze və digərləridir.

Azaraşvili deyib ki, pozuntular düzəldilib. Onun sözlərinə görə, pozuntular Yunanıstandakı məntəqələrdə müşahidə edilmişdi. Orada 3 məntəqə açılıb.

Xəbər lenti

Xəbər lenti