...

Gürcüstan əcnəbilərə qarşı liberal siyasətdən imtina edir

Siyasət Materials 30 Oktyabr 2013 17:50 (UTC +04:00)
Gürcüstan Ədliyyə Nazirliyi "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi müddəaları haqqında" qanunda dəyişikliklər etmək barədə təşəbbüs göstərib.
Gürcüstan əcnəbilərə qarşı liberal siyasətdən imtina edir

Gürcüstan, Tbilisi, 30 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Ədliyyə Nazirliyi "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi müddəaları haqqında" qanunda dəyişikliklər etmək barədə təşəbbüs göstərib.

Trend-in məlumatına görə, bu dəyişikliklər əcnəbilərin ölkəyə gəlişi qaydalarını sərtləşdirməyə hesablanıb.

Ədliyyə nazirinin müavini Aleksandr Baramidze bildirib: "Ölkədə olduqca liberal rejim fəaliyyət göstərirdi. 118 ölkənin vətəndaşları vizasız Gürcüstan ərazisində 360 gün qala bilirdilər, digərləri isə vizanı birbaşa aeroportda əldə edə bilirdi. Bütün bunlar dəyişəcək və böyük nizamlama işləri aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti