...

ADA-da Argentina Günü keçirilib (FOTO)

Siyasət Materials 1 Noyabr 2013 12:29 (UTC +04:00)
ADA-da artıq ənənə halını almış “Ölkə Günləri” tədbirlər silsiləsi çərçivəsində Argentina Günü adı altında tədbir keçirilib.
ADA-da Argentina Günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend /

ADA-da artıq ənənə halını almış "Ölkə Günləri" tədbirlər silsiləsi çərçivəsində Argentina Günü adı altında tədbir keçirilib. Azərbaycan və Argentina arasında diplomatik əməkdaşlığın qurulmasının 20-ci ildönümünə həsr edilmiş tədbir zamanı ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın Azərbaycandakı səfiri Karlos Riva, Dr. Paulo Botta, Martin Granovski, deputat Asim Mollazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Qonaqları salamlayan rektor Hafiz Paşayev tədbirin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir zamanı ADA-da magistratura pilləsində təhsil alan Noemi Rabbia Argentinanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi haqqında məlumatladırıcı təqdimatla çıxış edib. Təqdimat Argentinanın dövlət himninin səsləndirilməsi ilə bitib.

Tədbir çərçivəsində ADA ilə iki Argentina universiteti - Buenos Aires Universiteti və Rosario Milli Universiteti arasında anlaşma memorandum imzalanıb. Memoranduma əsasən universitetlər arasında akademik və mədəni mübadilə proqramları, birgə elmi tədbir və konfransların təşkili, o cümlədən tədqiqat mübadiləsi həyata keçirməyə razılıq verilib. Qeyd edək ki, bu anlaşma 21-25 avqust tarixlərdə Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə, İctimai və Beynəlxalq Əlaqələr üzrə İnstitutunun dekanı Anar Vəliyev və ADA-nın argentinalı məzunu, hazırda isə beynəlxalq proqramlar üzrə kordinatoru Tomas Xerbasionun Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə etdikləri səfərinin davamı olaraq imzalanıb.

Tədbir zamanı eyni zamanda Argentinanın mədəni simvollarında hesab edilən tanqo rəqsi, milli argentina mətbəxindən nümunələr, o cümlədən səfirlik tərəfindən təşkil olunmuş fotosərgi də iştirakçılara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti