...

İran və "P5+1" ölkələri danışıqların bir hissəsini ikitərəfli formatda keçirmək qərarına gəliblər

Siyasət Materials 7 Noyabr 2013 17:41 (UTC +04:00)
İran və "P5+1" qrupu danışıqlarda yaranmış çətinliklərə görə müzakirələrin bir hissəsini ikitərəfli formatda keçirmək qərarına gəliblər.
İran və "P5+1" ölkələri danışıqların bir hissəsini ikitərəfli formatda keçirmək qərarına gəliblər

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İran və "P5+1" qrupu danışıqlarda yaranmış çətinliklərə görə müzakirələrin bir hissəsini ikitərəfli formatda keçirmək qərarına gəliblər. Trend-in IRINN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cenevrdədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi dyib.

Onun sözlərinə görə, İran birinci mərhələdə Avropanın üç ölkəsi ilə danışıqlar aparacaq: "Bundan sonra isə Çin, Rusiya və ABŞ-ın nümayəndə heyətləri ilə ayrıca görüşlər keçiriləcək".

Qeyd edək ki, bu gün Cenevrədə İranın nüvə problemi üzrə Tehran və "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa, Almaniya) nümayəndələri arasında danışıqlar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti