...

Fələstinin Aİ yanında nümayəndəliyinin statusu artırıldı

Siyasət Materials 10 Noyabr 2013 13:23 (UTC +04:00)
Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Belçikanın xarici işlər naziri Didye Reynderslə görüşündə Avropa İttifaqı yanında administrasiyanın nümayəndə heyətinin statusunun "Fələstin missiyası"na qədər artırılması barədə qərar qəbul edildiyini bildirib.
Fələstinin Aİ yanında nümayəndəliyinin statusu artırıldı

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Belçikanın xarici işlər naziri Didye Reynderslə görüşündə Avropa İttifaqı (Aİ) yanında administrasiyanın nümayəndə heyətinin statusunun "Fələstin missiyası"na qədər artırılması barədə qərar qəbul edildiyini bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Belçika KİV-ə istinadən xəbər verir.

M.Abbas və D.Reynders arasında ikitərəfli görüş şənbə günü Əmmanda keçirilib. Belçika XİN-in açıqlamasına görə, Fələstin nümayəndəliyinin rəhbəri bundan sonra səfir statusu daşıyacaq:

"Statusun artırılması Avropanın iki dövlətin (Fələstin və İsrail) yaradılmasına dəstəyini ifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti