...

Azərbaycan Prezidenti İlham Əliyev Anıtqəbiri ziyarət edib (FOTO)

Siyasət Materials 12 Noyabr 2013 11:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Anıtqəbiri ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlmişdir.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti