...

Avropa Parlamentinin vitse-prezidenti: Azərbaycan dini tolerantlıq sahəsində mühüm nailiyyətlər əldə edib

Siyasət Materials 13 Noyabr 2013 15:28 (UTC +04:00)
Azərbaycanın tolerantlıq modelinin müsəlman dünyası üçün nümunə təşkil etdiyini deyən Avropa Parlamentinin (AP) vitse-prezidenti Surjan Lazslo bu modelin bütün dünyaya təqdim edilməsini vacib sayıb.
Avropa Parlamentinin vitse-prezidenti: Azərbaycan dini tolerantlıq sahəsində mühüm nailiyyətlər əldə edib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanın tolerantlıq modelinin müsəlman dünyası üçün nümunə təşkil etdiyini deyən Avropa Parlamentinin (AP) vitse-prezidenti Surjan Lazslo bu modelin bütün dünyaya təqdim edilməsini vacib sayıb.

Trend xəbər verir ki, noyabrın 12-də Brüsseldə, Avropa Parlamentində "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatın təqdimatının keçirildiyi tədbirin təşkilatçısı olan AP-nin vitse-prezidenti S.Lazslo tədbir iştirakçılarına müraciət ünvanlayıb.

O, müraciətdə bildirib ki, "Sərhədsiz İnsan Hüquqları" təşkilatının hazırladığı hesabat onda dərin təəssürat buraxıb və o, Azərbaycanı dini azlıqlarla İslamın əməkdaşlığı və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olması münasibətilə təbrik edib: "İdeologiyaların dəyişməsi zamanı insanlar başqalarına qarşı öz kimliklərini dərk edir və öz gündəlik həyatlarını stereotiplər və qeyri-adekvat duyğularla doldururlar. Bəzi ölkələrdə liderlərin siyasi kapital əldə etmək üçün həmin stereotiplərdən sui-istifadə etməsi xüsusi təhlükə yaradır ki, bu da teokratik ölkələrdə dini azlıqların nümayəndələrinin və inancı olmayan insanların təqibi ilə nəticələnir. Digər tərəfdən, eyni səhv o zaman baş verir ki, dünyəvi dövlət diktatorluğa çevrilərək dini həyatı istər ictimai, istərsə də özəl sferalardan sıxışdırıb çıxarmağa çalışır. Biz kommunist rejimlərində bunun kədərli nümunələrini gördük".

Avropa Parlamentinin vitse-spikerinin sözlərinə görə, nəzəriyyədə dini azlıqlarla dini əksəriyyətin birgə yaşayışını təmin etmək sahəsində düzgün balans tapmaq asandır, reallıqda isə bu çox çətin məsələdir. Bu hesabat göstərir ki, Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə edib və həmin balansı tapıb: "Əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda qeyri-müsəlman azlıqların dinc yaşamasının təminatı istiqamətində ölkədə atılmış addımları yüksək qiymətləndirmək mənə doğrudan da böyük zövq verir. Düşünürəm ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün nümunə təşkil edir və buna görə də bizim hamımız üçün vacibdir ki, onu dünyaya təqdim edək. Bu modeli yaymaq həm "ərəb baharı"nı yaşayan problemli ölkələr üçün faydalı ola bilər, həm də Qərb ölkələrində islamofobiya ilə mübarizəyə öz töhfəsini verər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti