İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət etmişdir.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.