...

Növbəti Xəzər Forumunun tarixi açıqlanıb

Siyasət Materials 18 Noyabr 2013 14:57 (UTC +04:00)
Növbəti Xəzər Forumu 2014-cü il sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi İstanbulda Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş Azərbaycan jurnalistləri ilə görüşdə deyib.
Növbəti Xəzər Forumunun tarixi açıqlanıb

Türkiyə, İstanbul, 18 noyabr /Trend, müxbir E.Hüseynov/

Növbəti Xəzər Forumu 2014-cü il sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi İstanbulda Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş Azərbaycan jurnalistləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, forum Nyu-Yorkun ən nüfuzlu hotellərindən biri olan "Walddorf Astoria Hotel"də keçiriləcək.

HASEN artıq bu il İstanbulda, həmçinin sentyabrın sonunda Nyu-Yorkda Xəzər Forumu keçirib. Forumda "Cənub qaz dəhlizi", TANAP, TAP kimi iri iqtisadi regional layihələrin təqdimatı təşkil edilib.

H.Yavaş qeyd edib ki, Xəzər Strateji İnstitutunun planlarına əsasən, 2013-cü il dekabrın 4-5-də İstanbulda və 2014-cü ilin fevral ayında Brüsseldə Xəzər Forumu çərçivəsində toplantıların keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti