...

ABŞ İrana 10 milyard dollara kimi dondurulmuş aktivini geri qaytara bilər

Siyasət Materials 20 Noyabr 2013 03:42 (UTC +04:00)
ABŞ İranla razılıq əldə etdiyi halda İranın geri açılan vəsaitinin həcmi 10 milyard dollardan yuxarı olmayacaq.
ABŞ İrana 10 milyard dollara kimi dondurulmuş aktivini geri qaytara bilər

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

ABŞ İranla razılıq əldə etdiyi halda İranın geri açılan vəsaitinin həcmi 10 milyard dollardan yuxarı olmayacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələri üzrə müşaviri Suzan Rays çərşənbə günü CNN telekanalına verdiyi müsahibəsində bildirib.

S.Rays deyib: "Biz cüzi miqdarda vəsait haqqında danışırıq".

ABŞ, İsrail və bir sıra Qərb ölkələri İranın dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamasından şübhələnirlər. Tehran isə bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə tələbatının ödənilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti