...

Belarus Prezidenti Aleksandr Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Noyabr 2013 19:37 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Belarus Prezidenti Aleksandr Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Belarus Prezidentinin Şəhidlər xiyabanını ziyarət etməsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 18:40-da yayılıb)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 20-də Şəhidlər xiyabanını da ziyarət edib.

Burada Belarus Prezidenti şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti