...

İran şaquli uçuş və eniş qabiliyyətinə malik pilotsuz aparat istehsal edib

Siyasət Materials 25 Noyabr 2013 16:00 (UTC +04:00)
İranın Şərif Texnoloji Universiteti nəzdində Texniki Mərkəzin mühəndisləri şaquli uçuş və eniş qabiliyyətinə malik pilotsuz uçuş aparatı hazırlayıblar.
İran şaquli uçuş və eniş qabiliyyətinə malik pilotsuz aparat istehsal edib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İranın Şərif Texnoloji Universiteti nəzdində Texniki Mərkəzin mühəndisləri şaquli uçuş və eniş qabiliyyətinə malik pilotsuz uçuş aparatı hazırlayıblar.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, yeni uçuş aparatı mövcud analoqlarından daha geniş imkanlara malik olması ilə fərqlənir.

Məlumata görə, yeni pilotsuz uçuş aparatı müxtəlif iqlim şəraitində fəaliyyət göstərə, həmçinin daha yüksək keyfiyyətli təsvir göndərə bilər.

Qeyd edək ki, İran "Karrar" ("Hücumçu") adlı ilk yerli istehsallı pilotsuz uçuş aparatını 2010-cu il avqustun 23-də təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti