...

Elmar Məmmədyarov: Azərbaycan İƏT-in effektiv quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəkləyir

Siyasət Materials 26 Noyabr 2013 13:05 (UTC +04:00)
Azərbaycan İƏT-in effektiv və səmərəli quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəkləyir.
Elmar Məmmədyarov: Azərbaycan İƏT-in effektiv quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəkləyir

Azərbaycan, Bakı, 26 noyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan İƏT-in effektiv və səmərəli quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İranda keçirilən 21-ci iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib: "Ümid edirik ki, səylərimizi birləşdirə və İƏT-in gələcək inkişafı üçün, xüsusilə qanunla müəyyən edilmiş sənədlərin, İƏT çərçivəsində hüquqi və institusional imkanların təkmilləşdirilməsi, həmçinin işçi metodları səmərələşdirəcək tədbirlərin işlənib hazırlanmasını təmin edə bilərik. Qarşılıqlı təmasların gözlənilən təsirini, eləcə də müvafiq sahələrdə ayrı-ayrı ölkələrin müqayisəli üstünlüyü nəzərə alaraq, əməkdaşlıq üçün prioritet sahələrin prioritet siyahısının müəyyənləşdirilməsinə ehtiyacın olduğunu qəbul edirik".

Nazir çıxışında İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığın mövcud mexanizmlərini inkişaf etdirmək üçün kreativ yolların və vasitələrin tapılması həm regiondaxili, həm də regional səviyyədə inteqrasiya proseslərini sürətləndirəcəyinə ümid etdiyini bildirib: "Bu həmçinin, təşkilatımızın hazırkı fəaliyyətini də gücləndirəcəkdir. Biz, təsirin qiymətləndirilməsi baxımdan əsas fəaliyyətimizi nəzərdən keçirməklə başlamalıyıq".

E.Məmmədyarovun sözlərinə görə, bu gün İƏT ölkələri dinamik iqtisadiyyata malik olaraq, biznes mühitinin yaxşılaşdırılması, rəqabət və innovasiyalar üçün açıqlığa səy göstərən ölkələr kimi tanınırlar.

Nazirin sözlərinə görə, ticarət və sərmayələr axınının, kommersiya əlaqələrinin və regionlararası nəqliyyat infrastrukturunun inkişafının artması ilə regional inteqrasiya səylərinin dərinləşməsinin müşahidə olunması bizdə məmnunluq doğurur: "Bunlar ümidverici göstəricilərdir, amma biz bunları daha da inkişaf etdirməli və digər qarşılıqlı iqtisadi imkanları araşdırmalıyıq".

E.Məmmədyarov bildirib: "Biz bu qənaətdəyik ki, bu çərçivədə əsas diqqət ticarət və nəqliyyatın asanlaşdırılmasına, o cümlədən sərhəd keçid prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu tədbirlər bizə mövcud regional fiziki infrastrukturdan tam şəkildə faydalanmağa imkan yarada bilər".

Nazirin sözlərinə görə, regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır: "İƏT xüsusilə dəmir-yol xəttlərinin və onunla bağlı olan digər infrastrukturun modernləşdirilməsi, habelə ümumi dəmir-yol şəbəkəsinin yaradılması və onun Avropa və Yaxın şərq dəmir-yol şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir-yol xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir-yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaqdır.

Bu xüsusda, bu yaxınlarda iclası keçirilmiş Yüksək səviyyəli işçi qrupun fəaliyyətini alqışlayırıq və ümid edirik ki, bu qəbildən olan görüşlər səmərəli nəticələrin əldə olunması baxımdan faydalı platforma rolunu oynayacaqlar. İƏT-in katibliyinə bu layihənin icra olunmasında göstərdiyi səylərə və dəstəyə görə minnətdarlığımızı bildiririk".

E.Məmmədyarov bildirib ki, 2013-cü ildə Azərbaycan öz peykini səmaya çıxarmaqla, kosmik ölkələr klubuna qoşulmuş və Dünya iqtisadi forumunun "2013-2014-cü illər üzrə Qlobal rəqabətlilik hesabatı"na əsasən 148 dünya dövləti arasında qlobal rəqabətlilik indeksinə görə 39-cu olmuşdur: "Bu qəbildən olan milli nailiyyətlər region daxilində qarşılılıqlı fəaliyyətin təşviq edilməsi baxımdan əlavə imkanlar yaradır. Bu baxımdan, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Əfqanıstanda informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət konsepsiyasının inkişafına töhfə vermək niyyətində olduğunu bildirmişdir. Bundan əlavə, biz ümid edirik ki, BMT qətnaməsi və fərdi olaraq 21 dövlət, o cümlədən əksər İƏT üzv ölkələri tərəfindən dəstəklənmiş şərq-qərb arasında yüksək sürətli optik lifli internet zolağının yaradılmasına dair Azərbaycanın təşəbbüsü region daxili və regionlararası əməkdaşlığımızda yeni səhifə açacaqdır".

Nazirin sözlərinə görə, elm və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin, regional inkişafa əsaslanan biliklərin təşviqi istiqamətində müsbət irəliləyiş yarada bilər: " Ona görə də, biz inanırıq ki, İƏT Tədqiqat Mərkəzinin yaradılması və İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsinin erkən qəbul edilməsi bu məqsədlərə nail olmaq üçün katalizator rolunu oynaya bilər. Fürsətdən istifadə edərək, məmnunluqla bütün üzv dövlətlərdən bu təşəbbüsü dəstəkləməyi xahiş edirəm.

Digər tərəfdən, Təşkilatın fəaliyyəti üçün praqanozlaşdırma və davamlı maliyyələşmə çox əhəmiyyətli məsələdir. İƏT-in daimi büdcəsinə vaxtaşırı ödənişlər üçün ehtiyacın olduğunu qəbul edərək, İƏT və onun institutlarının maliyyə vəsaiti toplamaq fəaliyyətlərinin əhəmiyyətini qiymətləndirməyə bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti