...

Pan Gi Mun: Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm

Siyasət Materials 26 Noyabr 2013 16:56 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Pan Gi Mun: Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

BMT-nin baş katibi Pan Gi Mun İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda qeyd olunur: "Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.
Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti