...

Sankt-Peterburqda MDB PAA və Milli Məclis arasında əməkdaşlıq müzakirə olunub

Siyasət Materials 29 Noyabr 2013 11:10 (UTC +04:00)
MDV üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PAA) payız sessiyası çərçivəsində qurumun sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşüb.
Sankt-Peterburqda MDB PAA və Milli Məclis arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

MDV üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PAA) payız sessiyası çərçivəsində qurumun sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşüb. Trend-in məlumatına görə, bu barədə PAA-nın saytında məlumat verilib.

Görüş zamanı MDB PAA və Azərbaycan parlamenti arasında əməkdaşlıq sahəsində konstruktiv dialoqun olduğu qeyd edilib.

Valentina Matviyenko beynəlxalq parlament meydançalarında dövlətlərin qanunvericilərinin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət çəkib.

Tərəflər Birlik ölkələrinin 2015-ci ildə qeyd olunacaq Böyük Qələbənin 70 illiyi ilə bağlı təntənələri birgə qeyd etməsi mövzusuna da toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti