...

Türkiyə suriyalılar üçün 1 milyard 311 milyon lirə xərcləyib

Siyasət Materials 1 Dekabr 2013 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyədə qaçqın düşərgələrində qalan suriyalılar üçün 5 noyabr 2013-cü il tarixinədək ümumilikdə 1 milyard 311 milyon 150 min türk lirəsi xərcləndiyini bildirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu müvəqqəti sığınacaqlarda yaşayan suriyalıların saxlanması, sağlamlığı, təhsili və digər əsas ehtiyacları üçün xərclərin Fövqəladə Hallar Nazirliyinin büdcəsindən ödənildiyini deyib.

Nazir suriyalılara humanitar yardımla bağlı müraciətlərə rəğmən, 2013-cü ilin avqust ayınadək qəbul edilən çadır, ərzaq və maliyyə yardımlarının təqribən 139 min dollar olduğunu qeyd edib.

O, Türkiyəyə sığınacaq axtarmaq məqsədilə gələn əcnəbi vətəndaşların 66 222 nəfər təşkil etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti