...

Xaçmaz rayonunda avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 5 Dekabr 2013 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Xaçmaz rayonunda avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti