Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır

Siyasət Xəbər 6 Dekabr 2013 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Axşam" qəzeti xəbər verib.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Gürcüstan üçlər formatı mövcuddur. Bu formatda həmin ölkənin xarici işlər nazirləri hər il görüş keçirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti