...

İran və Azərbaycan hökumətlərarası komissiyasının iclasının tarixi məlum olub

Siyasət Materials 9 Dekabr 2013 15:42 (UTC +04:00)
İran və Azərbaycan hökumətlərarası komissiyasının iclası dekabrın 16-da Bakıda keçiriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
İran və Azərbaycan hökumətlərarası komissiyasının iclasının tarixi məlum olub

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan hökumətlərarası komissiyasının iclası dekabrın 16-da Bakıda keçiriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, komissiyada İran tərəfindən bu ölkənin Xarici İşlər Nazirliyinin Hüquq məsələləri üzrə İdarəsinin rəisi Əlirza Cahangirinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfir bildirib ki, iclasda Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün açılması məsələsi müzakirə olunacaq: "Həmçinin tərəflər razılaşarsa, iki ölkə arasında anlaşma memorandumu imzalanacaq".

Görüşdə sərhədlə bağlı digər məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, noyabr ayının ortalarından İran tərəfi Culfa sərhəd-keçid məntəqəsində Araz çayının üzərindəki körpünün köhnə olması ilə əlaqədər ümumi çəkisi 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişinə icazə vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti