...

Prezident İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 17 Dekabr 2013 12:48 (UTC +04:00)
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir.
Prezident İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropada və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edildi. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinin vurğulandığı görüşdə yarışların yüksək səviyyədə təşkili istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti