...

AXCP Müsavat Partiyası ilə münasibətlərinin gələcəyinə aydınlıq gətirib

Siyasət Materials 7 Yanvar 2014 13:45 (UTC +04:00)
Müsavat Partiyasının Milli Şuradan çıxması artıq bu partiyanın siyasi kursunun dəyişməsi deməkdir, çünki Milli Şura demokratik qüvvələrin ən uğurlu birlik modeli idi.
AXCP Müsavat Partiyası ilə münasibətlərinin gələcəyinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının Milli Şuradan çıxması artıq bu partiyanın siyasi kursunun dəyişməsi deməkdir, çünki Milli Şura demokratik qüvvələrin ən uğurlu birlik modeli idi. Bu barədə Trend-ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

F.Qəhrəmanlı bildirib: "İndiyə qədər Müsavat Partiyası Rüstəm İbrahimbəyovun fəxri sədrliyini bəhanə gətirirdi və onun istefasından sonra Milli Şuradan çıxmaq qərarının qəbul edilməsi onu göstərir ki, belə bir qərar əvvəlcədən mövcud idi, sadəcə uyğun bəhanə axtarılırdı".

Onun sözlərinə görə, təbii ki, bu qərar AXCP ilə münasibətlərə də təsirini göstərəcək: "AXCP üçün prioritet əməkdaşlıq Milli Şurada təmsil olunan qüvvələrlədir və bu baxımdan Müsavat Partiyasının Milli Şuradan kənarlaşması siyasi kursun dəyişməsi olduğuna görə, AXCP ilə Müsavat Partiyası arasında əməkdaşlıq imkanlarını da aradan qaldırır".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxması barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti