...

Obama Misirdəki xristianları müdafiə edəcəyini söz verir

Siyasət Materials 7 Yanvar 2014 21:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

ABŞ Prezidenti Barak Obama Misirdəki xristianların müdafiəsi üçün mümkün olan hər şeyi edəcəyini söz verib. Trend İTAR-TASS-a istinadən məlumat verir ki, bu barədə Prezidentin Milad bayramı münasibətilə Birləşmiş Ştatlarda və bütün dünyada pravoslav xristian-koptlara müraciətində bildirilir.

Müraciətdə qeyd olunur: "Biz ABŞ-ın Misirdə və bütün dünyada xristianların və digər dinlərin nümayəndələrinin müdafiəsinin təmin edilməsi üzərində işləmək səylərini dəstəkləyirik".

Qeyd edək ki, ötən illərdə Misirdəki xristianlar, xüsusilə koptlar dəfələrlə təqibə məruz qalıblar. "Beynəlxalq amnistiya" təşkilatının məlumatına görə, bu vaxtadək ölkədə müxtəlif xristian icmalarına məxsus 43 məbəd dağıdılıb, 200 tikili basqına məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti