...

Əsəd Fransanı Suriya müxalifətinə maliyyə dəstəyi göstərməkdə ittiham etdi

Siyasət Materials 21 Yanvar 2014 01:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Suriya Prezidenti Bəşşar Əsəd Fransanı Qətər və Səudiyyə Ərəbistanından böyük məbləğdə maliyyə vəsaiti alaraq suriyalı müxalifləri dəstəkləməkdə günahlandırıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Fransa mətbuatında yer alan xəbərlərdə dövlət başçısı "Fransanın adətən Qətər və Səudiyyə Ərəbistanının vəkili kimi davrandığını" iddia edib.

Qərb ölkələri, xüsusilə Fransanı və Körfəz ölkələrini suriyalı müxaliflərə dəstək verdikləri üçün sərt tənqid edən B.Əsəd Avropa İttifaqının Yaxın Şərq siyasətinin artıq ABŞ tərəfindən müəyyən edildiyini qeyd edib: "11 sentyabr tarixindən etibarən Avropa xarici siyasəti ortada yoxdur".

Qeyd edək ki, Fransa Suriya müxalifətini tanıyan ilk Avropa ölkəsidir.

Xəbər lenti

Xəbər lenti