...

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsində olub (FOTO)

Siyasət Materials 24 Yanvar 2014 18:44 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.
Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsində olub (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.

Z.Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqəti daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti