...

Azərbaycan-Qazaxıstan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 28 Yanvar 2014 09:27 (UTC +04:00)
Qeyd edək ki, yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.
Azərbaycan-Qazaxıstan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Xarici İşlər Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bu məsləhətləşmələr Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti