Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir R.Hafizoğlu/
Rəsmi Dəməşq İranın dəstəyi sayəsində mövqelərini gücləndirib. Trend-in "Hurriyet Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.
Onun sözlərinə görə, Suriya böhranı İran üçün ölüm-qalım məsələsidir, Türkiyə üçün isə humanitar fəlakətdir.
Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.