...

Bakıda NATO və ABŞ-la hərbi əməkdaşlıq çərçivəsində beynəlxalq tədbirlər keçirilir

Siyasət Materials 10 Fevral 2014 11:33 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.
Bakıda NATO və ABŞ-la hərbi əməkdaşlıq çərçivəsində beynəlxalq tədbirlər keçirilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Bakı şəhərində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü, fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən "İnsan resurslarının idarə edilməsi" mövzusunda seminar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti