...

İlham Əliyev Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsində dəyişiklikləri təsdiq edib

Siyasət Materials 10 Fevral 2014 23:31 (UTC +04:00)
Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
İlham Əliyev Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsində dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, həmin nizamnamənin "Hauptvaxt haqqında" 4 nömrəli əlavəsi üzrə 3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

"Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtlar müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir.";

32-ci maddənin mətni həmin maddənin ikinci hissəsi hesab edilir və həmin maddəyə aşağıdakı məzmunda birinci hissə əlavə edilir:

"Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda saxlanılırlar.";

Aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:

"32-1. Tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxtlarda hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və onların təcrid edilməsinə yönəlmiş qaydaları təmin edən rejim müəyyən edilir. Hauptvaxtda rejim bu əlavə və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";

33-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilir:

"Tutulmuş və həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.";

33-cü maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilir:

"Hauptvaxtın rəisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müvəqqəti saxlama yerlərinin müdiriyyəti üçün müəyyən edilmiş vəzifələri daşıyır.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti