...

"Hill" qəzeti: Azərbaycan ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin sırasına daxil olur

Siyasət Materials 18 Fevral 2014 11:10 (UTC +04:00)
Vaxtaşırı Azərbaycan kimi müxtəlif perspektivlərə malik və ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin nümunələri ilə rastlaşırsan.
"Hill" qəzeti: Azərbaycan ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin sırasına daxil olur

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E Tariverdiyeva/

Vaxtaşırı Azərbaycan kimi müxtəlif perspektivlərə malik və ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin nümunələri ilə rastlaşırsan. Trend-in məlumatına görə, bu barədə müxtəlif ölkələrin hökumətləri ilə işləyən məsləhət firmasının rəhbəri Ceyson Katsın ABŞ-ın nüfuzlu "Hill" qəzetində dərc etdiyi məqalədə deyilir.

Kats yazır: "ABŞ-ın ölkənin real müttəfiqi olmağa hazır olan xalqlarla sıx əlaqələri inkişaf etdirməyə başladığı son bir neçə il ərzində Amerika ictimaiyyəti Azərbaycan Respublikası haqqında kifayət qədər çox şey öyrənib".

Müəllif yazır ki, Azərbaycan SSRİ-nin süqutundan sonra yenidən müstəqillik qazandı və həmin vaxtdan ölkə demokratiya quruculuğu yolu ilə gedir.

Katsın sözlərinə görə, Azərbaycan çoxsaylı müllətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü dünyəvi müsəlman ölkəsidir.

Müəllifin yazdığı kimi, bu ölkədə sərbəst fəaliyyət göstərə bilən çoxlu kilsələr, sinaqoqlar, dini icmalar mövcuddur.

Məqalə müəllifinin fikrincə, millət dostları ağılla seçməli və onlara sadiq olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti