...

Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 19 Fevral 2014 12:43 (UTC +04:00)
Gəncədə Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilir.
Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər 11:38-də yayılıb

Azərbaycan, Gəncə, 19 fevral /Trend, müxbir E.Hüseynov/

Gəncədə Azərbaycan,Türkiyə və Gürcüstan xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb.

Trend-in məlumatına görə, görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir. Görüşlər jurnalistlər üçün qapalıdır.

Qeyd edək ki, bu gün ikitərəfli görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti