...

Əhməd Davudoğlu: Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir

Siyasət Materials 27 Fevral 2014 15:40 (UTC +04:00)
Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün lehinə çıxış edir, çünki bu ölkənin ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir.
Əhməd Davudoğlu: Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir R.Hafizoğlu/

Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün lehinə çıxış edir, çünki bu ölkənin ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Ukrayna və Türkiyə bir çox sahələrdə tərəfdaşdırlar: "Bundan başqa, hər iki tərəf mütəmadi siyasi məsləhətləşmələr aparır. Yarımadada etnik türklər yaşadığına görə Krım da Türkiyə üçün əhəmiyyət kəsb edir".

Ə.Davudoğlu qeyd edib ki, rəsmi Ankara tezliklə Krımda sabitliyin bərpa olunacağına ümid edir: "Türkiyə Krımdakı bütün etnik və dini qrupları yarımadada vəziyyəti sabitləşdirməyə yardım etməyə çağırır".

Nazir yaxın günlərdə Ukraynaya səfər etməyi planlaşdırdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti