Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni [hazırda ABŞ-da yaşayan dini ictimai xadim] ölkəyə qayıtmağa çağırır. Trend-in məlumata görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti yazıb.
Ərdoğan deyib: "Əgər Gülən "təmizdirsə və günahkar olmadığına əmindirsə, onda qoy Türkiyəyə qayıtsın".
Baş nazir onu da bildirib ki, Gülən hərəkatı (onun əvvəllər "paralel struktur" adlandırdığı) özünün dövlətə qarşı fəaliyyət göstərməsi ilə sübut etdi ki, o dini cərəyan deyil, əslində siyasiləşmiş və qeyri-leqal strukturdur.
Bir müddət əvvəl Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırmış, ABŞ-ı isə onun dəstəkləməkdə ittiham etmişdi.