Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Ərdoğan bildirib: "Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram".
Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.