...

Krım tatarları heç bir referendumu tanımırlar

Siyasət Materials 6 Mart 2014 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Dünya ictimaiyyəti Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün təcili hərəkətə keçməlidir. Trend-in "Korrespondent"ə istinadən verdiyi məlumata görə, bunu Krım Tatarları Məclisinin sədri Refat Çubarov yerli telekanalın efirində deyib.

Onun fikrincə, Krım Ali Şurasının Rusiyanın tərkibinə daxil olmaq haqqında qərarını "ağıldankəmlər" qəbul ediblər: "Yerli referendumlar haqqında qanun yoxdur. Buna görə də məhz bu qərar cəfəngiyatdır".

R.Çubarov qeyd edib ki, Krım tatarları işğal şəraitində heç bir referendumu tanımırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti