Azərbaycan, Bakı, 6 mart /Trend/
Krım Ali Şurasının deputatları region sakinlərinin martın 16-na təyin edilmiş referendumda Krımın Rusiyanın tərkibinə qatılması haqqında qərara müsbət cavab verməcəyi təqdirdə, səlahiyyətlərinə xitam verəcəklər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Krım Baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev deyib.
Onun sözlərinə görə, belə olan təqdirdə, Krım parlamentinə yeni seçkilər təyin ediləcək.