...

"Şərq Tərəfdaşlığı" Aİ Xarici İşlər Şurasının iclasında müzakirə olunacaq

Siyasət Materials 14 Mart 2014 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Əhmədova/

Martın 17-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclası keçiriləcək.

Trend-in Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Şərq Tərəfdaşlığı" proqramı görüşün gündəliyində duran əsas məsələlərdən biridir.

Bundan əlavə, iclasda Ukraynada baş verən son hadisələr, Bosniya-Herseqovinadakı vəziyyət, Yaxın Şərq sülh prosesi, Suriya münaqişəsi və digər aktual məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti