...

ADA Universitetində "Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" mövzusunda mühazirə keçirilib

Siyasət Materials 14 Mart 2014 18:12 (UTC +04:00)
Bu gün ADA Universitetində “Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri” mövzusunda mühazirə keçirilib.
ADA Universitetində "Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" mövzusunda mühazirə keçirilib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün ADA Universitetində "Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" mövzusunda mühazirə keçirilib.

Trend-in məlumatına görə, mühazirədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Rumıniya xarici işlər nazirinin müavini, strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Mühazirədə çıxış edən B.Auresku NATO-nun fəaliyyəti və ölkələrlə əməkdaşlığı barədə məlumat verib. O, NATO ilə Azərbaycan arasında mövcud əlaqələrə də toxunaraq qeyd edib ki, Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır və Rumıniya NATO ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə daim dəstək göstərəcək.

B.Auresku bildirib ki, "Şərq Tərəfdaşlığı" regionu strateji əhəmiyyət kəsb edir və ona görə də bu regionda mövcud olan bütün münaqişələr, xüsusən də Ukraynada baş verən hadisələr təhlükəsizlik üçün təhdidlər yaradır.

B.Auresku qeyd edib ki, Rumıniya Azərbaycan ilə strateji əməkdaşlığı bundan sonra da inkişaf etdirməkdə maraqlıdır.

O, Ukrayna böhranını həll etmək üçün NATO ölkələrinin birgə səy göstərməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən A.Əzimov qeyd edib ki, "Şərq Tərəfdaşlığı" regionunda mövcud olan bütün münaqişələr ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll edilməlidir.

Nazir müavini bildirib ki, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq prinsiplərə əsaslanır. Onun sözlərinə görə, Azərbaycan NATO ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir.

Ukraynada baş verən proseslərə münasibət bildirən A.Əzimov deyib ki, Azərbaycan Ukraynadakı vəziyyətin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "Azərbaycan Ukraynada sülh və sabitliyin təmin edilməsinin tərəfdarıdır".

A.Əzimov bu məsələyə beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət ayırmadığını diqqətə çatdırıb.

Daha sonra mühazirə iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti