...

Naxçıvanda "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq üçün 4 milyon manat ayrılıb

Siyasət Materials 14 Mart 2014 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
Naxçıvanda "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq üçün 4 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti