...

Türkiyə seçki məntəqələrinin birində səsvermə 2 saata başa çatıb

Siyasət Materials 30 Mart 2014 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Türkiyənin Van vilayətinin Edremit rayonunun Köklü kəndində səsvermə 2 saata başa çatıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, kənddə yaşayan 38 seçici seçki məntəqəsinə gələrək iki saat ərzində səsvermə hüququndan istifadə edib.

Səsvermə başa çatsa da, seçki qutusu ölkə üzrə bələdiyyə seçkiləri başa çatdıqdan sonra açılacaq.

Qeyd edək ki, Köklü kəndində muxtar vəzifəsinə cəmi bir namizəd var.

Xəbər lenti

Xəbər lenti