...

Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Ermənistanın son 5 ili haqqındakı bəyanatı onun blef imkanlarının parlaq nümunəsidir

Siyasət Materials 31 Mart 2014 11:58 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə bir sıra "ən-ən" bəyanatlar verdi. Problemin ən çox bürüdüyü sahələri ən yaxşı kimi təqdim etmək S.Sarkisyanın anadangəlmə vərdişdir.
Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Ermənistanın son 5 ili haqqındakı bəyanatı onun blef imkanlarının parlaq nümunəsidir

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu

Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə bir sıra "ən-ən" bəyanatlar verdi. Problemin ən çox bürüdüyü sahələri ən yaxşı kimi təqdim etmək S.Sarkisyanın anadangəlmə vərdişdir.

Onun dediyi sahələrdə və Ermənistanın ümumi vəziyyətində son 5 ildə baş vermiş hadisələrin yadımızda qalan hissəsini sizə təqdim edirik:

  1. Ümumi vəziyyət
    1. Dünyada erməni etnokriminallığı inkişaf edib.
    2. Heç bir dövlət "erməni soyqırımı"nı tanımayıb, əksinə son 5 ildə iki dövlət "erməni soyqırımı"nı tanımayacağını rəsmən bəyan edib.
    3. Erməni Apostol Kilsəsi mənəviyyatsızlıq və əxlaqsızlıq yuvasına çevrildi. EAK-ın başçısı II Qaregin erməni kriminalları ilə birgə şirkət yaradıb. Bu Ermənistan Prezidentin koordinatorluğu ilə baş tutub.
    4. Miqrasiya və demoqrafiya Ermənistanın yaxın 50 ilini ümidsiz edib.
    5. Ölkənin dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollardır. Ermənistanın dövlət borcu ÜDM-in 48-50%-i qədərdir.
    6. Ermənistanın iqtisadi inkişaf tempinin trendi azalandır. Ötən il bu azalma 2 dəfə olmuşdur.
    7. Ermənistana investisiya axınının miqdarı azalır. 2012-ci ildə bu azalma 60% olmuşdur.
  1. Dağlıq Qarabağ tənzimlənməsi
    1. Heç bir dövlət, o cümlədən Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Ermənistanın daxilində Dağlıq Qarabağın tanınması üçün təşəbbüslər hədsiz çox olsa da, S.Sarkisyan bu təşəbbüsləri rədd edib.

Dünya miqyasında həm Qərbin, həm də Rusiyanın himayə etdiyi bir neçə münaqişələr olub. Qərb Kosovonu müstəqil etdi və tanıdı. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, Krımı müstəqil edib, bir gündən sonra özünə birləşdirdi.

Bunların heç birisi Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin möhkəmlənməsinə kömək etmədi. Qərb və RF özlərinin himayə etdiyi münaqişələrin Dağlıq Qarabağ münaqişəsindən fərqli olduğunu əsaslandırdılar. S.Sarkisyan bu əsaslandırmaları qəbul etmək məcburiyyətində qaldı.

  1. 2009-cu ilin iyununda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri "Yenilənmiş Madrid Prinsiplərini" qəbul etdilər və ABŞ Prezidentinin mətbuat xidməti bu sənədi yaydı. Bununla da ATƏT MQ həmsədr ölkələrin xarici işlər nazirlərinin 2008-ci ilin noyabrında qəbul etdikləri və RF XİN-in yaydığı "Madrid Prinsipləri" adlanan sənəd qüvvəsini itirdi.
  2. Ermənistan "Yenilənmiş Madrid Prinsiplərinin" qəbul edilməsinə dair heç bir bəyanat verməyib. Məcburiyyət qarşısında qalanda həmsədr ölkə prezidentlərinin yaydığı sənədin bəzi fraqmentlərini qəbul etdikləri barədə bəyanatlar yayıb.
  3. Dağlıq Qarabağ erməniləri bankların girovuna çevrilib.
  4. Dağlıq Qarabağın Rusiyadan gələn qazla təminində ciddi hüquqi problem yarandı. Yaxınlarda bu, praktiki baxımdan özünü göstərəcək.
  5. Dağlıq Qarabağın Azərbaycana qaytarılması ideyası xeyli aktuallaşıb. Hətta S.Sarkisyan bu ideyanı gündəliyə gətirdi.
  1. Ermənistanın hərbi imkanları:
    1. Ermənistan müstəqil hərbi faktor kimi sıradan çıxdı. Ermənistan əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Rusiyaya güvənir. Son vaxtlar KTMT Dağlıq Qarabağ müharibəsində Ermənistanı dəstəkləməyəcəyini bəyan etdi.
    2. Ermənistanın müasir silahlarla təmin olunmasının vəziyyətini Çindən Rusiya analoqlu Smerçlərin alınması barədə yaydığı məlumatlar göstərir. Rusiya Ermənistana "Smerç" versəydi, Ermənistan Çindən 8 il bundan qabaq aldığı Smerçi Rusiya Smerçindən daha güclü silah kimi təbliğ etməzdi. Moldovadan aldığı 5 milyon dollarlıq raketlər ancaq neft-qaz kəmərlərini deşmək üçündür.
    3. Ermənistanla Azərbaycanın hərbi gücləri arasında balansın olduğunu indi hətta ermənilər etiraf edirlər. Bu erməninin düşüncəsində ciddi dəyişikliyin göstəricisidir. Balans isə Azərbaycanın xeyrinə pozulub.
    4. Azərbaycan hərbi və kosmik imkanlarının hesabına Ermənistanın bütün ərazisinə nəzarət imkanına malik oldu.
  1. Ermənistanın siyasi müttəfiqləri

İrandan başqa Ermənistanın heç bir stabil siyasi müttəfiqi yoxdur.

  1. Rus dilinə və rus mədəniyyətinə qarşı Ermənistanda güclü, təhqirli kampaniya aparıldı.
  2. Ermənistan çərkəz soyqırımını tanımaqla Rusiyaya qarşı təhtəlşüur düşmənçiliyini nümayiş etdirdi.
  3. Rusiya hərbçiləri xeyli aktivləşiblər. Bu aktivlik daha çox siyasi mesaj xarakteri daşıyır: Ermənistanın siyasəti belə davam edərsə, Rusiyanın Ermənistandakı aviasiyası vaxtaşırı Qərb dövlətləri və İranım Ermənistandakı səfirlikləri üzərində müntəzəm uçuşlar keçirməklə bu ərazilərin Rusiyanın təsir zonasından çıxarılmasının qeyri-mümkünlüyünü mesajını verəcəklər. Rusiya fövqəladə hallar qüvvələri adı çəkilən səfirliklərin binasının qabağında vaxtaşırı profilaktik tədbirlər keçirməyə hazırlaşırlar.
  4. Rusiyanın Ermənistana hərbi etimadsızlığı ən yüksək səviyyəyə çatdı. İndi hətta Rusiya hərbçiləri Ermənistanda özlərinin hərbi-cərrahi imkanlarını yaradıb, gücləndirirlər. Ermənistandakı Rusiya qoşunları ehtimalı müharibə zamanı öz yaralılarının Ermənistanın hospitallarında müalicə oluna bilməyəcəyini nəzərdə tutublar. Bu yalnız Rusiya hərbçilərinin Ermənistanın daxilində müharibə aparacağı təqdirdə mümkündür.
  5. 3 sentyabr hadisəsi ilə Ermənistan həm də Qərb qarşısında nüfuzunu itirdi. Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamağa tam hazır olan Ermənistan 2013-cü ilin sentyabrın 3-də qəflətən ondan imtina etdi. Bu S.Sarkisyanın müstəqil qərar qəbul etmək imkanından məhrum olduğunu göstərdi.
  6. Ermənistanda dövlətin idarə olunması dərin böhrana düşdü. Baş naziri Avropaya yenidən assosiativ müqavilənin imzalanmasını müzakirə etməyə göndərdiyi vaxtda Prezident S.Sarkisyan RF Prezidenti V.Putinə zəng edib Krım məsələsində Rusiyanın mövqeyini dəstəklədiyini vurğuladı.
  7. Ermənistanın geosiyasi izolyasiyasının bünövrəsi qoyuldu. Ən azı 3 hadisə bunu sübut edir. Əvvəla Ermənistan NATO-nun Çikaqo sammitində iştirakdan imtina etdi. Səbəb NATO-nun Azərbaycanın ərazi bütövlüyünü aşkar şəkildə dəstəkləməsi idi. Lakin sonradan S.Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, R.Səfərov məsələsində Ermənistana lazım olan dəstəyi verməyən NATO ilə əməkdaşlığı davam etdirdi. NATO presedent yaratdı: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla Ermənistanla əməkdaşlığın inkişafına da nail olmaq mümkündür. İkincisi, Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsdi. Bu günədək bu əlaqələr bərpa olunmayıb. Üçüncüsü, Ukrayna Ermənistanın Krım məsələsində tutduğu mövqeyə görə narazıdır və səfirini geri çağırmaq haqqında qərar qəbul edib.
  8. Ermənistan Rusiya ilə Qərbin qarşıdurma məkanına çevrildi. S.Sarkisyan hətta İranı Qərb tərəfindən Rusiyanın əleyhinə qarşıdurmaya qata bildi.

S.Sarksiyanın son 5 ildə Ermənistanın vəziyyəti, siyasi müttəfiqləri və Dağlıq Qarabağ münaqişəsi haqqında "ən-ən" bəyanatlarının səbəbi bəlli oldu.

İndi baş verənlər həm də ermənilərin öz tarixlərini necə "yaratdıqlarının" əyani nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti